Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı


“Mənə tək bir  ixtiraçı  qadın deyə bilərsən?” sualına çoxumuzun uzun bir səssizliklə qarşılıq verəcəyi bir dünya da yaşayırıq. Ancaq onlar, ağıllarıyla dünyanı dəyişdirdilər. Tarixin gedişatına istiqamət vermiş 20 möhtəşəm qadın ixtiraçı:

1. Jeanne Villepreux-Power (1794 – 1871)

Jeanne Villepreux-Power (1794 - 1871)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s a060485c2d3fd17a356018a44b51eb9eee2e3f28

Adı bu gün  bilinməsə də, təbiət alim Jeanne Villepreux-Power, yaşadığı dövrdə dəniz həyatının araşdırılmasını asanlaşdıran möhtəşəm bir icada imza atmışdı: akvarium! Bu gün fərqli məqsədlərlə istifadə edilsədə , o dövr üçün ilk şüşə akvariumun icad edilməsi, Villepreux-Poweri işlərində böyük asanlıq təmin etmişdi.

2. Margaret E. Knight (1838 – 1914)

Margaret E. Knight (1838 - 1914)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 1f022539367adbd1ef28b00d124bbd420e6839fb

19. əsrin ən məşhur qadın icadçısı olan Knight, bu gün hamımızın istifadə etdiyi bir icada imza atdı: paket kağızı. Knightin 30 yaşında icad etdiyi, kağızı bərabər səthlər olacaq şəkildə qatlayaraq yapıştıran maşın, o dövrlərdə başqaları tərəfindən kopya edilmiş, gənc qadının icadı üçün patent yarışına girilmişdir.

3. Josephine Cochrane (1839 – 1913)

Josephine Cochrane (1839 - 1913)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 74d83f48c4ffdddc88dc936afc3ba5f68207f2fb

Cochrane, qab-qacaqları yuyan mexaniki bir maşın çıxarma düşüncəsiylə yola çıxdı. Planı, qabları eynilə bugünkü maşınlarda olduğu kimi barmaqlıqlı bir rəfə qoymaq və təzyiqli suyun gücünü istifadə edərək qab-qacaqları təmizləməkdir. Cochrane xəyalini qurduğu icadı 1886-ci ildə inkişaf etdirdi və otellərə satmağa başladı. Beləcə bu gün istifadə etdiyimiz qab-qacaq maşınlarının də prototipini inkişaf etdirmiş oldu.

4. Maria Beasley (1847 – 1904?)

Maria Beasley (1847 - 1904?)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s f94294b991354bc6e6400c821ee0e4d3ec9a1cb6

Maria Beasley etdiyi icatlarla böyük sərvət qazanmış və eyni zamanda bir çox həyat qurtarmış bir qadın. Bu gün haqqında bilinənlər çox az olsa da, Beasley’nin tam bir təşəbbüskar olduğu və 15in üzərində icadına patent aldığı bilinir. Bunlar arasında bir ayaq qızdırıcı, qatarların relsdən çıxmasının qabağını  çəllə hazırlama maşını da var. Onun inkişaf etdirdiyi və bir çox həyat qurtaran icad isə dənizçilər üçün inkişaf etdirdiyi can qurtaran qayıq olmuşdur.

5. Mary Anderson (1866 – 1953)

Mary Anderson (1866 - 1953)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s ef140340aee464fcecb562ea004112bd8987972c

Yağışlı bir gündə siləcəkləriniz olmadan  avtomobili necə istifadə edə bilərsiniz? Əgər ağılınıza bir başqa həll gəlmirsə, siləcəkləriniz üçün Mary Andersona təşəkkür etməyiniz lazımdır.

6. Sarah BREEDLOVE / Madam CJ Walker (1867 – 1919)

Sarah BREEDLOVE / Madam CJ Walker (1867 - 1919)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 57a0a9c90f162793dc1ea61818fdb3d94e25483d

ABŞ ‘ın öz əməyiylə milyoner olmuş ilk qadını olan Sarah BREEDLOVE, 20 yaşında çoxdan evlənmiş və dul qalmışdır. Yaşadığı dövrdə Afroamerikan qadınlarda çox sıx rast gəlinən saç tökülməsi və baş dərisi xəstəlikləri üzrə yola çıxan BREEDLOVE, etdiyi təcrübələr nəticəsində inkişaf etdirdiyi və “Madam CJ Walker” etiketiylə satışa çıxardığı saç məhsullarıyla həm bir çox qadının dərdinə dərman oldu, həm də minlərlə Arfoamerikan qadına iş imkanı təmin etdi .

7. Melitta Bentz (1873 – 1950)

Melitta Bentz (1873 - 1950)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 81fc24e52bcc4e66b7f1835aa1a0552afc8fe057

Əgər qəhvə içməyi sevən insanlardansınızsa, onu dəmləməyi asanlaşdıran icad üçün Melitta Bentz’e təşəkkür etməniz lazımdır. Çünki o, yaşadığı dövrdə çox çətin bir mövzu olan qəhvə dəmləmə işini, oğlunun məktəb kitabından qopardığı dəlikli bir kağızı istifadə edərək asanlaşdırmağın yolunu tapan addır.

8. Beulah Louise Henry (1887 – 1973)

Beulah Louise Henry (1887 - 1973)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s c88f301fa11f202c7156de283d7d05328e18cf72

Ümumi 110 icadı və 49 patenti olduğu bilinən Henry, ilk patentini, icad etdiyi vakumlu dondurma dondurucusu ilə 1912-ci ildə alıb. Daha sonra 1914-ci ildə New Yorka köçərək iki fərqli şirkət qurdu və etdiyi kəşfləri satışa çıxarmağa başladı. İrəliləyən dövrdə özünü mövcud maşınları təkmilləşdirmək işinə həsr edən Henry, sahib olduğu məhşurluğu maşınlarda etdiyi yeniliklər və əlavələrlə qazandı.

9. Ruth Graves Wakefield (1903 – 1977)

Ruth Graves Wakefield (1903 - 1977)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 7f6bbc92d2593e69ea1cff509216cd6fbf74babd

ABŞ ‘li təşəbbüskar  Ruth Graves Wakefield, dövründə çox az rast gəlinən universitet məzunu qadınlardan biri idi. Məktəbi bitirdikdən sonra ölkəni gəzərək insanlara pəhriz və qidalanma haqqında əhəmiyyətli məlumatlar verən Wakefield, daha sonra “Toll House Inn” adlı bir məkan açaraq hazırladığı şirniyyatlarla məşhur hala gəldi. Onun dünyamıza qazandırdığı icad isə, bir buz qıranıyla qırdığı şokoladları qataraq hazırladığı  şokoladlı peçenyelər oldu. Bəli, şokoladlı peçenyelərin də bir ixtiraçısı var!

10. Grace Hopper (1906 – 1992)

Grace Hopper (1906 - 1992)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s b105f4c6f14ace49177b7811d9d32a5361f7509d

Grace Hopper. Bir riyaziyyatçı və ABŞ Donanması üzvü olan Hopper, proqramlaşdırma dillərinin ədədi olduğu bir dövrdə, insanların öz dillərini istifadə edərək kod yazması üçün 1952 yola çıxdı və KOBOL adlı ilk universal proqram dilini inkişaf etdirdi.

11. Virginia Apgar (1909 – 1974)

Virginia Apgar (1909 - 1974)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s faa01f2f25f5da3a90281da998fcf848e4d37530

Virginia Apgar, dünyamız üçün son dərəcə əhəmiyyətli bir addır. Çünki o, yeni doğulan körpələrin sağlamlığını qorumaq üçün  etdiyi işlərlə körpə ölümlərinin qarşısını almış bir həkimdir. Əsasən bir anesteziya mütəxəssisi olan Apgar, körpə sağlamlığı üzərinə təkmilləşdirdiyi  texnikalarla Columbia Universitetində professor ünvanını alan ilk qadındır.

12. Hedy Lamarr (1914 – 2000)

Hedy Lamarr (1914 - 2000)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 81483efc3f9424f9f5695981840157f7405182b6

Qara-ağ film dövrünün ən görkəmli aktrisalarından biri olan Hedy Lamarr, eyni zamanda bu gün məşhur olaraq istifadə etdiyimiz GPS, Bluetooth və Wi-Fi texnologiyasının inkişaf etdirilməsində pay sahibi olmuş dahi birisidir. Aktrisalığın yanında müvəffəqiyyətli bir riyaziyyatçı və mühəndis olan Lamarr, dövrün məşhur musiqiçilərindən George ANTHEIL ilə çalışaraq frekansla məlumat ötürülməsini inkişaf etdirən adlar siyahısında iştirak etdi.

13. Marion Donovan (1917 – 1998)

Marion Donovan (1917 - 1998)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 8ad4153deab7f7253dcbd98912ad6940697a2042

ABŞ ‘li bir təşəbbüskar olan Marion Donovan, körpə bezlərinin hələ günümüzdəki qədər təkmilləşməyən bir dövrdə parça bezlərin sızdırmasının qarşısını almaq üçün işə qoyulmuş və 1949-ci ildə bir duş pərdəsini parça bezə tikərək ortaya çıxardmış və  bezlərin əvvəl patentini almış, daha sonra isə istehsalçılara satışını həyata keçirmişdir.

14. Mary Sherman Morgan (1921 – 2004)

Mary Sherman Morgan (1921 - 2004)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 450e23ddaed43ba3e5fa5fcb98f381bd581bf4d8

Mary Sherman Morgan, etdiyi işlərlə kosmos səfərinin qarşısını açan adlardan olmuş bir elm insanıdır. İkinci Dünya Müharibəsi zamanı raket atma texnologiyası üzərində işə başlayan Morgan, ABŞ ‘ın vəzifələndirdiyi 900 mühəndis arasında tək qadın olaraq vəzifə aldı və Ay səfərini mümkün edən texnologiyanın inkişaf etdirilməsində rol oynadı.

15. Marie Van BRITTAIN Brown (1922 – 1999)

Marie Van BRITTAIN Brown (1922 - 1999)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 93b705a0f09839607e069fc3d96097999af0f2e8

Brown, ABŞ ‘nin New York şəhərində yaşayan və evdə tək qaldığı zamanlarda evinin təhlükəsizliyindən narahatlıq edən bir qadın idi. Bu səbəblə qapını açmadan evə gələnin kim olduğunu görə biləcəyi bir üsul inkişaf etdirməyə qərar verən Brown, dörd müşahidə etmə dəliyi, yataq otağına görünüş köçürən bir kamera və qarşılıqlı danışmağı təmin edən mikrofondan ibarət təhlükəsizlik sistemini inkişaf etdirərək 1969-ci ildə patentini aldı.

16. Stephanie Kwolek (1923 – 2014)

Stephanie Kwolek (1923 - 2014)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 71a25ea96afafeb6fb5818916aecefaa21249389

Kimyagər Stephanie Kwolek, maşın təkərlərinə polad yerinə istifadə edilə biləcək bir material axtarışına çıxdı və 1964-ci ildə Kevlar icad etdi. Kevlar bu gün xilasedici botların, kosmos vasitələrinin və polad gödəkcələr istehsalında istifadə edilən son dərəcə sağlam bir materialdır.

17. Jeanne L. Crews

Jeanne L. Crews  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 58b1e431463ca5660fb12c76e0de5d05487f511d

Jeanne L. Crews, NASA-da tək bir qadın mühəndisin işləmədiyi dövrdə etdiyi inanılmaz tövhəylə  adını tarixə yazdı: Kosmosdakı peyk və kosmos vasitələrinin meteorlardan qorunmasını təmin edən bir tıxac icad etdi. Crews bu icadıyla 1964-ci ildə NASA-da işə haqq qazandı.

18. Patricia Bath (1942 -)

Patricia Bath (1942 -)  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s ce7bd4d15d722dfabcb6eb2b710ee8336e8d8083

New York Universitetində işə haqq qazanan ilk zənci elm insanı olan Patricia Bath, müvəffəqiyyətli bir göz həkimi idi. 1981-ci ildə lazerdən istifadə edərək katarakta-nın sürətli və ağrısız bir müalicə üsulu icad edən Bath, bu icadıyla eyni zamanda tibbi sahəsində patent alan ilk Afroamerikan qadın oldu.

19. Anna Stork və Andrea Sreshta

Anna Stork və Andrea Sreshta  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 2bd603a40fb58949a27cd7f7679f5716bb2b2971

Haiti, 2010-ci ildə böyük zəlzələ sarsıldığı sırada Anna Stork və Andrea Sreshta, Columbia Universitetində memarlıq oxuyan iki şagird idi. Girdikləri bir dərsdə, zəlzələnin yaratdığı fəlakəti yüngülləşdirəcək bir layihə inkişaf etdirməklə vəzifələndirilən şagirdlər, bu cür fəlakətlərin sonra yaşanan işıq qaynağı çətinliyini aradan qaldırmaq üçün işə qoyuldu və şişə bilən, su keçirməz və enerjisini günəşdən alan bir işıq qaynağını icad etdilər.

20. Ayla Hutchinson

Ayla Hutchinson  Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı s 907077c60bb6aa3d5bd6bddd02532f269d3dda57

Anasının bir baltayla odun doğrayarkən barmağını kəsdiyinə şahid olan Yeni Zelandiyalı Ayla Hutchinson, bu faciəli hadisənin ardından odun kəsməyi asan və risksiz bir hala gətirəcək ehtimalları düşünməyə başladı. Nəticə olaraq kəskin qisimini bir qəfəsin içinə yerləşdirdiyi çəkic görünüşlü bir balta hazırlayan Hutchinson, atasının da köməyiylə dizaynını əvvəl Yeni Zelanda’ya, daha sonra isə bütün dünyaya satışa çıxardı.Bu məzmuna daha neçə-neçə qadınlar bildirmək ümidiylə;

Qadınlar Gününüz mübarək olsun!

What's Your Reaction?

vecimə deyil vecimə deyil
0
vecimə deyil
təəssüf təəssüf
0
təəssüf
dəhşət dəhşət
0
dəhşət
sevdim sevdim
0
sevdim
təəccüb təəccüb
0
təəccüb
bəyən bəyən
0
bəyən
normal normal
0
normal
gülməli gülməli
0
gülməli
əsəbi əsəbi
0
əsəbi

Comments 0

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər Gün Onların Günü! Etdikləri İcadlarla Tarixə Adını Yazmış 20 Qadın İxtiraçı

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item